Aİ yaxın iki il ərzində Rusiya qazından imtina edə bilməyəcək | Banco.az

Aİ yaxın iki il ərzində Rusiya qazından imtina edə bilməyəcək

Müəllif - Aida İsaq, Banco.az

Qarşıdan gələn iki il ərzində Avropanın enerji sektoru çətinliklərlə üzləşəcək.

Banco.az xəbər verir ki, bunu Macarıstanın energetika naziri Csaba Lantos bildirib. Onun sözlərinə görə, Avropa Rusiya qazından asılılığı tamamilə dayandıra bilməyəcək. Nazir Avropa İttifaqında qaz qıtlığının 30 milyard kubmetr həcmində olacağını qeyd edib. Eyni zamanda dənizə çıxışı olan Aİ ölkələrində hazırda mayeləşdirilmiş təbii qazı (LNG) qəbul etmək üçün 25 böyük terminalın tikildiyini xatırladıb. Beləliklə, LNG-nin Rusiyadan “Şimal axını” boru kəmərindən keçən və “Türk axını” ilə idxal olunan qazı tədricən əvəz edəcəyi gözlənilir. 

Nazirin sözlərinə görə, qarşıdan gələn 2023-2024-cü illərdə Avropa dövlətləri üçün vəziyyətin çətin olacağı gözlənilsə də, lakin LNG terminallarının fəaliyyətə başlamasından dərhal sonra Avropa Rusiya qazından imtina etməklə bağlı müsbət irəliləyişlər əldə edəcək.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram