Aİ və Türkiyə Gömrük İttifaqı razılaşmasının yenilənməsini müzakirə edəcək | Banco.az

Aİ və Türkiyə Gömrük İttifaqı razılaşmasının yenilənməsini müzakirə edəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqı (Aİ) Türkiyə ilə Gömrük İttifaqı razılaşmasının yenilənməsinə dair açıqlama yayıb.

Banco.az xəbər verir ki, bu barədə Aİ-nin gömrük komissarı Paolo Gentiloni çərşənbə axşamı “Bloomberg”ə müsahibəsində bildirib.

Açıqlamada deyilir:

“Bu baxımdan müzakirə olunacaq bir sıra çətin məsələlər var. Yaydan sonra heyətimiz məsələni araşdıracaq və Türkiyədən gələn yeni siqnallardan sonra irəliləyiş əldə etməyin mümkün olub-olmadığını dəyərləndirəcək.”

Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşəklə iki dəfə görüşdüyünü bildirən Gentiloni Şimşəkdən həm iqtisadi plan, həm də AB ilə əlaqələr haqqında müsbət mesajlar eşitdiyini dilə gətirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram