Aİ və Qərbi Balkan ölkələri rouminq tariflərinin ləğvi ilə bağlı saziş imzalayıblar | Banco.az

Aİ və Qərbi Balkan ölkələri rouminq tariflərinin ləğvi ilə bağlı saziş imzalayıblar

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqı (Aİ) və Qərbi Balkan ölkələri sözügedən ölkələr arasında rouminq haqqının ləğvi prosesinin başlanmasına zəmin yaradan saziş imzalayıb.

Banco.az xəbər verir ki, Albaniyanın paytaxtı Tiranada keçirilən Aİ-Qərbi Balkanlar Sammiti çərçivəsində Rouminq Sazişinin imzalanması mərasimi baş tutub.

İmza mərasimində Albaniyanın Baş naziri Edi Rama, Kosovo Prezidenti Vjosa Osmani, Serbiya Prezidenti Aleksandr Vuçiç, Monteneqro Prezidenti Milo Cukanoviç, Bosniya və Herseqovina Prezident Şurasının sədri Zelka Çviyanoviç, Şimali Makedoniyanın Baş naziri Dimitar Kovaçevski, Avropa Komissiyasının sədri Ursula Fon der Leyen və Avropa Şurasının prezidenti Çarlz Mişel iştira edib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Sammit sessiyalarından sonra Rama, Mişel və Fon der Leyen mətbuat konfransı keçirəcəklər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et