Aİ Ukraynaya gələn il 18 milyard avro maliyyə yardımı ayıracaq | Banco.az

Aİ Ukraynaya gələn il 18 milyard avro maliyyə yardımı ayıracaq

Müəllif - Aida İsaq, Banco.az

Aİ ölkələri 2023-cü ildə Ukraynaya 18 milyard avro vəsaitin ayrılmasını yekdilliklə təsdiqləyib.

Banco.az xəbər verir ki, daha öncə  Avropa İttifaqı Şurasının üzvləri Kiyevin gələn il 18 milyard avro məbləğində kredit dəstəyi alması üçün zəruri olan sənədlərin hazır olması ilə bağlı məlumat yayılmışdı. Beləliklə hazırda səfirlər müvafiq qərarın həyata keçirilməsini təsdiqləyiblər. Bu barədə Çexiyanın Avropa İttifaqındakı nümayəndəliyi "Twitter" səhifəsində bildirib.

Qeyd edək ki, sözügedən maliyyə yardımı Ukraynanın zəruri ehtiyaclarını qarşılamaq, infrastrukturunu bərpa etmək və ilkin olaraq ölkəni Avropaya inteqrasiyasını təmin etmək məqsədi daşıyır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram