Müəllif:Ayşən İmanova/Banco.az
Avropa İttifaqı Şurası Avropa Sülh Fondundan (EPF) Ermənistan Silahlı Qüvvələrinə 10 milyon avro dəyərində yardım paketini qəbul edib.
Banco.az xəbər verir ki, bu barədə Avropa ittifaqı Şurası məlumat yayıb.
Bildirilib ki, yardımın məqsədi Ermənistan Silahlı Qüvvələrinin maddi-texniki imkanlarını artırmaq, böhran və fövqəladə hallarda mülki əhalinin müdafiəsinin yaxşılaşdırılmasına töhfə verməkdir. Qərara əsasən, dəstək batalyon ölçülü bölmə üçün tamhüquqlu çadır şəhərciyini təmin edəcək.
Bununla yanaşı, Avropa İttifaqı Şurası Ermənistanla viza rejiminin liberallaşdırılması məsələləri ilə bağlı danışıqlara başlamaq qərarına gəlib.
“Ermənistan vətəndaşları üçün viza öhdəliyinin aradan qaldırılması imkanlarına yalnız meyarlar tam yerinə yetirildikdən sonra baxılacaq",- Şura vurğulayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!