Aİ sanksiyaları pozmaqda şübhəli bilinən tankerlərə məhdudiyyətlər tətbiq edib | Banco.az

Aİ sanksiyaları pozmaqda şübhəli bilinən tankerlərə məhdudiyyətlər tətbiq edib

Müəllif - Aida İsaq, Banco.az

Avropa İttifaqı (Aİ) 11-ci sanksiyalar paketi fonunda Rusiya neftinin idxalına tətbiq edilən qadağanı pozmaqda şübhəli bilinən tankerlərin Avropa limanlarına çıxışına qadağa qoyub. 

Banco.az xəbər verir ki, yeni məhdudiyyətlər paketi çərçivəsində Rusiya neftinin “Drujba” neft kəmərinin şimal qolundan Almaniya və Polşaya tranzitinə qadağa qoyulub. Boru kəməri ilə yalnız Qazaxıstan və digər ölkələr nəql edə biləcək. Bundan əlavə, Aİ Rusiyada qeydiyyatdan keçmiş qoşqularla bölgəyə yüklərin daşınmasını qadağan edir.

Qeyd edək ki, Aİ-nin Rusiyaya qarşı sonuncu sanksiyalar paketi iyunun 23-də elan olunub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram