Aİ Rusiyaya sanksiyalardan yan keçməyə kömək edən ölkələr üçün cəza tətbiq edəcək | Banco.az

Aİ Rusiyaya sanksiyalardan yan keçməyə kömək edən ölkələr üçün cəza tətbiq edəcək

Müəllif - Aida İsaq, Banco.az

Avropa İttifaqı (Aİ) Moskvanın Qərb sanksiyalarından yan keçməsinin qarşısını almaq üçün kifayət qədər səy göstərməyən ölkələrə qarşı yeni məhdudiyyət mexanizminin tətbiqini müzakirə edir. 

Banco.az xəbər verir ki, Aİ müvafiq məsələylə bağlı nəzarəti öz üzərinə götürəcək. Bu, bir sıra ölkələrin Moskvaya yardım etməsini və onun istifadə edə biləcəyi ticarət kanallarını məhdudlaşdırmağı dəstəkləyəcək. İlk mərhələdə addımlar zəruri məhsullar və texnologiya ticarəti istiqamətində atılacaq. Qeyd olunur ki, Aİ-nin yeni sanksiyalarının əsas məqsədi ölkələri Rusiyaya kömək etməkdən çəkindirmək və Moskvanın istifadə edə biləcəyi ticarət kanallarının qarşısını almaqdır.

Ən sərfəli kredit üçün müraciət et

 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram