Aİ Rusiyanın dondurulmuş aktivlərindən əldə etdiyi gəliri Ukraynaya göndərib | Banco.az

Aİ Rusiyanın dondurulmuş aktivlərindən əldə etdiyi gəliri Ukraynaya göndərib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqı (Aİ) Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirin 1,5 milyard avrosunu Ukraynaya göndərib.

Banco.az xəbər verir ki, Aİ Komissiyasının sədri Ursula fon der Leyen "X" sosial media hesabında Ukraynaya 1,5 milyard avro yardım edildiyini açıqlayıb.

Aİ-nin Ukraynanın tərəfində olduğuna işarə edən Fon der Leyen bildirib:

“Bu gün biz Rusiyanın dondurulmuş aktivlərindən əldə etdiyimiz 1,5 milyard avro gəliri Ukraynanın müdafiəsi və yenidən qurulmasına köçürürük”.

Fon der Leyen Kremlin pullarının Ukraynaya göndərilməsinin vacib simvol olduğuna diqqət çəkib. O bildirib ki, bu, Ukrayna və Avropanı daha təhlükəsiz edəcək.

Məlumat üçün qeyd edək ki, Aİ ölkələri müharibə səbəbiylə Rusiya Mərkəzi Bankının təxminən 200 milyard avrosunu dondurub. Rusiya aktivlərini saxlayan maliyyə qurumları onları yenidən investisiya etməklə əhəmiyyətli gəlir əldə edirlər.

Ən sərfəli kredit üçün müraciət et

Aİ ölkələri dondurulmuş Rusiya aktivlərinin investisiyasından əldə ediləcək milyardlarla avro mənfəəti Ukraynaya dəstək üçün istifadə edəcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et