Aİ Rusiyanın dondurulmuş aktivləri ilə bağlı hansı addımları atır? | Banco.az

Aİ Rusiyanın dondurulmuş aktivləri ilə bağlı hansı addımları atır?

Müəllif - Aida İsaq, Banco.az

Rusiya Bankının dondurulmuş aktivlərinin Ukraynaynanın bərpası üçün göndərilməsi nəzərdən keçirilir.

Banco.az xəbər verir ki, Avropa İttifaqı bu istiqamətdə addımlar atmaq üçün müxtəlif ekspertləri və hüquqşünasları cəlb edib. Belə ki, Qərb maliyyə institutları tərəfindən Rusiya pullarının müsadirə olunmasının məqbul formada həyata keçirilməsi üçün müzakirələr aparılır. Lakin hazırki hüquq sistemi buna dəstəkləmir. Buna görə də, qaydaların dəyişdirilməsi yolları axtarılır.

Ağ Evin və onun tabeliyində olan strukturların oxşar addımlar atıb-atmayacağı hələlik bəlli olmasa da, məsələ ABŞ tərəfindən irəli sürülüb. 

Qeyd edək ki, Rusiyanın Avropa İttifaqı tərəfindən dondurulmuş aktivlərinin məbləği təxminən 17,5 milyard avro təşkil edir. Buraya sanksiya altında olan 1350 fiziki şəxs və təşkilatın əmlakı daxildir.

Ən sərfəli kredit üçün müraciət et

 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

Ən sərfəli krediti almaq üçün müraciət et