Aİ qaza yuxarı qiymət həddinin tətbiqi ilə bağlı razılığa gələ bilməyib | Banco.az

Aİ qaza yuxarı qiymət həddinin tətbiqi ilə bağlı razılığa gələ bilməyib

Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqı (Aİ) liderləri təbii qaza yuxarı qiymət həddinin tətbiqi ilə bağlı razılığa gələ bilməyiblər. 

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Avropa İttifaqına (Aİ) üzv 27 ölkənin dövlət və ya hökumət başçılarının iştirakı ilə Brüsseldə keçirilən Aİ Liderlər Zirvə Görüşünün enerji üzrə ilk gün sessiyaları başa çatıb.

İclasın sonunda açıqlama verən Avropa Komissiyasının sədri Ursula Fon der Leyen, "Enerji qiymətləri üzərində işləməyə davam etmək üçün çox yaxşı və davamlı yol xəritəmiz var. Liderlər bu mövzuda strateji təlimat verdilər", ifadəsini işlədib.

Qeyd edək ki, üzv ölkələrin rəhbərləri təbii qaza yuxarı qiymət həddinin tətbiqi ilə bağlı razılığa gələ bilməsələr də, yuxarı qiymət həddinin mümkün nəticələrini müəyyən etmək üçün araşdırmalar aparmağa qərar veriblər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram