Aİ ölkələri Rusiya istehsalı neft məhsullarına da qiymət həddi tətbiq edəcək | Banco.az

Aİ ölkələri Rusiya istehsalı neft məhsullarına da qiymət həddi tətbiq edəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

Aİ ölkələri Rusiya neft emalı zavodunun neft məhsulları üçün qiymət limiti hazırlığındadır.

Banco.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) ölkələri Rusiyanın neft emalı zavodunun neft məhsullarından biri olan dizelin bir bareli üçün 100 dollar, maye yanacağın bir bareli üçün isə 45 dollarlıq qiymət həddi tətbiq etməyi düşünür.

Bildirilib ki, fevralın 5-də Rusiya neft emalı zavodunun neft məhsullarına embarqosu qüvvəyə minəcək Aİ bu məhsulların qiymətini məhdudlaşdırmaq üçün hərəkətə keçib.

Qeyd edək ki, Rusiyanın neft gəlirlərini hədəfləyən Avropa Komissiyası üzv ölkələrə G7 ölkələri ilə birlikdə Rusiyaya yüksək dəyərli və aşağı dəyərli neft emalı məhsulları kimi iki fərqli qiymət həddi tətbiq etməyi təklif edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et