Aİ ölkələri qlobal korporativ vergi üzrə razılığa gəliblər | Banco.az

Aİ ölkələri qlobal korporativ vergi üzrə razılığa gəliblər

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqı (Aİ) Şurası üzv ölkələrin nümayəndələrinin beynəlxalq vergitutma ilə bağlı razılığa gəldiyini açıqlayıb.

Banco.az xəbər verir ki, Aİ-yə üzv dövlətlər İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) beynəlxalq vergi islahatının ikinci sütunu kimi tanınan minimum vergitutma komponentini Aİ səviyyəsində həyata keçirmək barədə razılığa gəliblər.

Müqavilə ilə bağlı üzv dövlətlər arasında yekdilliyin əldə edildiyi vurğulanaraq rəsmi ratifikasiya prosesinin yazılı şəkildə həyata keçiriləcəyi qeyd edilib.

Sözügedən razılaşma ilə ümumi illik dövriyyəsi ən azı 750 milyon avro olan çoxmillətli və ya yerli şirkətlərin mənfəətindən ən azı 15 faiz vergi tutulacağı, yeni qaydaların çoxmillətli şirkətlərə qlobal minimum korporativ vergi dərəcəsini ödəməyə imkan yaradacağı bildirilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et