Aİ ölkələri enerji böhranı üçün yenidən bir araya gələcək | Banco.az

Aİ ölkələri enerji böhranı üçün yenidən bir araya gələcək

Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqına (Aİ) üzv ölkələrin energetika nazirləri elektrik enerjisi və təbii qaz qiymətlərindəki artıma qarşı görüləməli yeni tədbirləri müzakirə etmək üçün sabah Brüsseldə keçiriləcək növbədənkənar iclasda bir araya gələcək.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Aİ-nin mövsümi sədrliyini icra edən Çexiyanın çağırışı ilə keçiriləcək iclasda üzv ölkələrin nazirləri Avropadakı enerji böhranını müzakirə edəcəklər.

Energetika nazirləri ilk növbədə elektrik enerjisinin qiymətini aşağı salmaq üçün pik saatlarda elektrik enerjisinə tələbatın azaldılması, elektrik enerjisi istehsalından həddindən artıq gəlir əldə edən şirkətlərdən töhfələrin alınması və qalıq yanacaq sektorundakı şirkətlərin artıq mənfəətlərindən həmrəylik vergisinin toplanması kimi tədbirləri əhatə edən təklifləri nəzərdən keçirəcəklər.

Bu tədbirlərlə Aİ ölkələrinin ümumilikdə 140 milyard avro vəsait toplayacağı və bununla vətəndaşlara və ayrı-ayrı bizneslərə dəstək veriləcəyi nəzərdə tutulur.

Ən sərfəli kredit üçün müraciət et

Sözügedən təkliflərin üzv dövlətlər tərəfindən qəbul ediləcəyi gözlənilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et