Aİ-nin Rusiyadan LNG idxalı üç ilin ən yüksək səviyyəsinə çatıb | Banco.az

Aİ-nin Rusiyadan LNG idxalı üç ilin ən yüksək səviyyəsinə çatıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Müharibənin ilk ilində Avropa İttifaqının (Aİ) Rusiyadan boru kəmərləri ilə təbii qaz idxalı 80 faiz azalsa da, mayeləşdirilmiş təbii qaz (LNG) idxalı üç ilin pik həddinə çatıb.

Banco.az xəbər verir ki, “Bruegel”in məlumatlarına görə, 2020-ci ildə Aİ-nin Rusiyadan LNG idxalı 14,67 milyard kubmetr təşkil edib. Bu dövrdə aylıq ən yüksək LNG idxalı isə 1,74 milyard kubmetrlə 2020-ci ilin may ayında müşahidə edilib.

Aİ 2021-ci ildə Rusiyadan ümumilikdə 14,22 milyard kubmetr LNG alıb. Bu dövrdə aylıq ən yüksək idxal 1,68 milyard kubmetrlə 2021-ci ilin dekabrında qeydə alınıb.

Ötən il isə Aİ Rusiyadan 19,2 milyard kubmetr LNG idxal edib. Bu rəqəm 2020-ci ildəki LNG idxalından 31 faiz, 2021-ci ildəki həcmdən isə 35 faiz çoxdur.

Ən sərfəli kredit üçün müraciət et

Aİ 2023-cü ilin yanvar ayında da Rusiyadan 1,5 milyard kubmetr LNG idxal edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et