AI-nin altı üzvü Rusiya neftinin qiymət limitini aşağı salmağa çağırıb | Banco.az

AI-nin altı üzvü Rusiya neftinin qiymət limitini aşağı salmağa çağırıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqına (Aİ) üzv olan altı ölkə Avropa Komissiyasını G7 ölkələrinin Rusiya neftinə tətbiq etdiyi qiymət həddini aşağı salmağa çağırıb.

Banco.az xəbər verir ki, Avropa İttifaqına (Aİ) üzv olan altı ölkə G7 ölkələrinin Rusiya neftinə tətbiq etdiyi bir barel üçün 60 dollarlıq qiymət həddinin endirilməsi üçün Avropa Komissiyasına çağırış edib.

Bu ölkələr hesab edir ki, qiymət həddinin endirilməsi Moskvanın Ukraynadakı müharibəsini maliyyələşdirmək üçün əldə etdiyi gəlirləri azaldacaq, lakin bazarda şok yaratmayacaq.

Xatırladaq ki, G7 ölkələri Rusiyanın dəniz yolu ilə daşınan xam neftinə və emal olunmuş neft məhsullarına tətbiq edilən qiymət həddini ölkənin neft ticarətindən əldə etdiyi gəlirləri məhdudlaşdırmaq və bununla da Ukraynaya qarşı işğalını maliyyələşdirmə qabiliyyətini azaltmaq məqsədilə müəyyən etmişdi.

İsveç, Danimarka, Finlandiya, Latviya, Litva və Estoniya Avropa Komissiyasına yazdıqları məktubda belə deyiblər: “Neft ixracından əldə edilən gəlirlərə qarşı tədbirlər çox vacibdir, çünki bunlar Rusiyanın ən mühüm yeganə gəlir mənbəyini azaldır.”

Ən sərfəli kredit üçün müraciət et

Məktubda həmçinin qeyd olunub: “İndi G7 neft qiymət həddini endirərək sanksiyalarımızın təsirini artırmağın vaxtıdır.”

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram