Aİ Misirə iqtisadi islahatları dəstəkləmək üçün bir milyard avro ayırıb | Banco.az

Aİ Misirə iqtisadi islahatları dəstəkləmək üçün bir milyard avro ayırıb

Müəllif:Ayşən İmanova/Banco.az

Brüssel ölkənin iqtisadi islahatlarını dəstəkləmək üçün Qahirəyə bir milyard avro ayırıb.

Banco.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Qahirədə Misir-Avropa İttifaqı investisiya forumunun açılış mərasimində çıxışı zamanı bildirib.

“Biz mart ayında Misirlə 7,4 milyard avro məbləğində yardım müqaviləsi imzaladıq. Bu gün ölkədə aparılan iqtisadi islahatlara dəstək məqsədilə vəd edilmiş məbləğin bir milyardını Qahirəyə ayırırıq”, - deyə o bildirib.

AK rəhbərinin sözlərinə görə, Misirin iqtisadi sferasında baş verən dəyişikliklər Misir iqtisadiyyatına investorların daha çox cəlb edilməsinə və ölkədə yeni iş yerlərinin yaradılmasına kömək edəcək.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et