Müəllif: Tamara Mustafayeva, Banco.az
Aİ Komissiyası: Müdafiə sahəsində ABŞ-dan asılılığımızı azaltmaqda qərarlıyıq.
Banco.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) Komissiyasının sözçüsü Paula Pinyo NATO-nun Baş katibi Mark Ruttenin “Avropanın ABŞ olmadan özünü müdafiə edə bilməyəcəyi” yönündəki açıqlamalarına münasibət bildirib.
Pinyo deyib: “Müxtəlif sahələr üzrə getdikcə daha dayanıqlı və müstəqil olmağı təmin etməyə qətiyyətliyik”.
Brüsseldə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran Pinyo, Rutte’nin Avropanın ABŞ olmadan özünü müdafiə edə bilməyəcəyi barədə fikirlərinə dair sualı cavablandırarkən “Müxtəlif cəbhələrdə getdikcə daha dayanıqlı və müstəqil olmağı təmin etməyə qətiyyətliyik” ifadəsini işlədib.
Enerji sahəsində Rusiyadan qalıq yanacaq idxalının azaldıldığına diqqət çəkən Pinyo bildirib ki, “Bu cür asılılıqlar müdafiə və kritik xammal kimi digər sahələrdə də mövcuddur. Bu asılılığı və məruz qalma riskini azaltmaq üçün edilməli olan hər şeyi etməyə qərarlıyıq”.
Bizi sosial şəbəkələrdən izləyin!!
