Müəllif:Mehin Qasımova,Banco.az
Avropa İttifaqı (Aİ) texnologiya şirkəti Google-un bulud təhlükəsizlik platforması Wiz-i 32 milyard dollara satın almasını təsdiqləyib.
Banco.az xəbər verir ki, bəyanatda deyilir ki, sözügedən satınalmanın Avropa İqtisadi Bölgəsi daxilində heç bir rəqabət narahatlığı yaratmayacağı qənaətinə gəlinib.
"Google" 2025-ci ilin mart ayında Wiz-i 32 milyard dollara almaq barədə razılığa gəldiyini açıqlayıb.
Şirkət bildirib ki, bu satınalma kibertəhlükəsizlik və bulud hesablama sahələrindəki əməliyyatlarını gücləndirməyi hədəfləyir.
Avropa Komissiyasının Avropada fəaliyyət göstərən irimiqyaslı şirkətlərin birləşmə və satınalmalarına nəzarət etmək mandatı var.
Avropa Komissiyası araşdırma və sorğularında rəqabət əleyhinə təcrübələrin olub-olmadığını qiymətləndirir və rəqabət pozuntusu aşkar edildikdə birləşmələri və ya satınalmaları bloklaya bilər.
