Aİ-dan kritik xammal addımı | Banco.az

Aİ-dan kritik xammal addımı

Müəllif:Mehin Qasımova/Banco.az

Aİ sənayenin ehtiyac duyduğu kritik xammaldan xaricə asılılığı azaltmaq üçün hazırlanan qanun layihəsi üzərində razılığa gəlib.

Banco.az xarici mediaya istinadla xəbər verir ki, Aİ Şurası üzv dövlətlərlə Avropa Parlamenti (AP) arasında müzakirə edilən Kritik Xammal Qanunu ilə bağlı razılığın əldə edildiyini açıqlayıb. 

Məlumata görə, Aİ ölkələri kritik xammalı davamlı şəkildə təmin edəcəklər. Cəmi 34 məhsul kritik xammal siyahısında olacaq.

Bundan əlavə, bu siyahıdakı 17 məhsul strateji əhəmiyyətli xammal kimi təsnif ediləcək. Strateji kritik xammal siyahısına Avropanın yaşıl və rəqəmsal məqsədləri, müdafiə və kosmik sektorlar üçün vacib olan texnologiyalarda istifadə olunan minerallar daxil ediləcək.

Alüminium, bor, kobalt, mis, qalium, litium, maqnezium, titan və nikel strateji əhəmiyyətli xammallar arasında olacaq.

Aİ bu xammalın illik istehlakının ən azı 10 faizini çıxaracaq, ən azı 40 faizini emal edəcək və ən azı 25 faizini təkrar emal edəcək.

Ən sərfəli kredit üçün müraciət et

Aİ hər hansı strateji xammalın istehlakının 65 faizindən çoxunun bir xarici ölkədən gəlməsini təmin etmək üçün tədarükünü diversifikasiya etmək üçün tədbirlər görəcək.

Böyük şirkətlərdən də kritik xammal tədarük zəncirlərində müntəzəm risk qiymətləndirmələri aparmaları tələb olunacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et