Müəllif - Aida İsaq, Banco.az
Avropa İttifaqı Rusiyanın biznes sektoruna qarşı sanksiyaların həcmini genişləndirərək ölkə iqtisadiyyatının gəlirli sektorlarına istiqamətlənib.
Banco.az xəbər verir ki, beləliklə, Ukraynanın ərazi bütövlüyünə, suverenliyinə və müstəqilliyinə xələl gətirən və ya təhdid edən addımlara qarşı məhdudlaşdırıcı tədbirlər haqqında əsasnaməyə müvafiq düzəliş edilib. Müvafiq dəyişiklik Aİ-yə Rusiyanın iri biznesmenlərinin qohumlarına qarşı sanksiyalar tətbiq etməyə də imkan verəcək. Dəyişiklikdən öncə 2022-ci ilin fevral ayından etibarən ölkə hökumətinə əhəmiyyətli gəlir mənbəyi təmin edən sektorların aparıcı sahibkarlarına, hüquqi şəxslərə, strukturlara və ya qurumlara sanksiyalar tətbiq olunurdu.
Bizi sosial şəbəkələrdən izləyin!!