Ağ Ev Hindistanı sanksiyalara qoşulmağa çağırıb | Banco.az

Ağ Ev Hindistanı sanksiyalara qoşulmağa çağırıb

Müəllif - Aida İsaq, Banco.az

ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi Hindistanı Qərbin Rusiya neftinə tətbiq etdiyi məhdudiyyətlərə qoşulmağa çağırıb.

Banco.az xəbər verir ki, o, Hindistanın Rusiya neftini müəyyən olunan limit qiymətinə və ya ondan ucuz qiymətə alışını həyata keçirməyə davam edəcəyinə ümid etdiyini bildirib. Bununla yanaşı, rəsmi nümayəndə Hindistanın Rusiya neftinin alışı ilə bağlı seçim etməkdə sərbəst olduğunu da vurğulayıb.

“Indian Oil” neft-qaz şirkətinin keçmiş icraçı direktoru Vinod Kumar 2024-cü ilə qədər Rusiya xammalının Hindistan neft idxalının ümumi həcmində payının 10% artacağını qeyd edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram