Müəllif - Aida İsaq, Banco.az
2022-ci ilin sonunda Afrika ölkələrinin ən varlı iş adamları və sahibkarları ümumilikdə 3,1 milyard dollar itirib.
Banco.az xəbər verir ki, “Forbes”in məlumatına görə, ümumilikdə qitənin 19 milyarderinin sərvəti son 12 ayda 81,5 milyard dollar təşkil edib. Nigeriyalı sənaye maqnatı və “Dangote Cement” şirkətinin sahibi Aliko Danqote ardıcıl 12-ci il müvafiq reytinqdə liderliyini qoruyur. Buna baxmayaraq sahibkarın son 12 ayda sərvəti 400 milyon dollar azalaraq 13,5 milyard dollara təşkil edib. Onu İsveçrənin “Compagnie Financiere Richemont” şirkətinin sədri Johann Rupert (10,7 milyard dollar) izləyir.
Ekspertlər milyarderlərin sərvətinin azalmasını dünyanın aparıcı birjalarında səhmlərin dəyərini itirməsi və ümumi inflyasiya göstəriciləri ilə əlaqələndiriblər.
Bizi sosial şəbəkələrdən izləyin!!