AFBİA tərəfindən“Gələcəyə baxış” tədbiri keçirilmişdir | Banco.az

AFBİA tərəfindən“Gələcəyə baxış” tədbiri keçirilmişdir

Azərbaycanın kapital bazarının dünya kapital bazarına tam uyğunluğu dövlətin maraqları çərçivəsindədir. Nəticə etibarı ilə isə qlobal bazarlara inteqrasiyaya nail olunması Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin başlıca hədəflərindəndir.

Bunu Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin aparat rəhbəri Bəxtiyar Əzizov “Gələcəyə baxış” mövzusuna həsr olunan tədbirdə bildirib. O təmsil etdiyi qurumun Dövlət Proqramına əsasən kapital bazarlarının inkişafına dair yol xəritəsinə malik olduğunu və bu Proqramla əlaqədar yeni hüquqi bazanın yaradılacağını bildirdi.

Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası (AFBİA) tərəfindən təşkil olunmuş tədbirdə 2015-ci ildə planlaşdırılan hədəflər əsas müzakirə obyekti idi. Qeyd olundu ki, Dünya Bankının dəstəyi ilə kapital bazarlarının layihələndirilməsi həyata keçirilir və 2015-ci ildə tamamlanması nəzərdə tutulur. Məqsədlərdən biri də gələn il yeni nəsil ticarət və post-ticarət sistemlərinin əldə edilməsidir.

Komitə nümayəndəsi bu bazarın effektiv tənzimlənəcəyinə və fəal investorların iştirak edəcəyinə ümidvar olduğunu söylədi.

Tədbirdə AFBİA-nın bu il ərzində gördüyü işlər və 2015-ci il üçün hədəfləri açıqlandı. “Qiymətli kağızlar bazarının yeni arxitekturası”, “Bakı Fond Birjasının yeni listinq qaydaları” və digər aktual mövzularda məruzələr dinlənildi.

Sonda AFBİA-nın yeni saytı və loqosunun təqdimatı keçirildi.

Ən sərfəli kredit üçün müraciət et

azertag.az

Ən sərfəli krediti almaq üçün müraciət et