AFB Bank-ın aktivləri 51% azalıb, depozit portfeli isə 70% kiçilib | Banco.az

AFB Bank-ın aktivləri 51% azalıb, depozit portfeli isə 70% kiçilib

“AFB Bank” ASC 2020-ci il üzrə aktivləri 51% azalaraq 281 milyon 426 min manat olub. 

Banco.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, 2019-cu ilin sonuna 574 milyon 706 min manat aktivlərə malik olan bank, 2020-ci il sonuna aktivlərin yarısından çoxunu itirib. Eyni zamanda 2019-cu ilin sonunda 379 milyon 425 min manat depozit portfelinə malik olan bank 2020-ci ilin sonuna 110 milyon 568 min manat depozit portfelinə malik olub. Beləliklə bank il ərzində depozit portfelinin 70%-dən çoxunu itirib. Ən çox azalma hüquqi şəxslərin depozitləri üzrə olub. Bank 7 milyon 995 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırıb. AFB Bank ötən ili 5 milyon 388 min manat xalis mənfəət ilə başa vurub. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

 

Ən sərfəli krediti almaq üçün müraciət et