ADİF "Bank of Azerbaijan"ın qorunan əmanətçilərinə müraciət edib | Banco.az

ADİF "Bank of Azerbaijan"ın qorunan əmanətçilərinə müraciət edib

Ləğvetmə prosesində olan "Bank of Azerbaijan" ASC-nin ləğvedicisi - Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) Bankın qorunan əmanətçilərinə müraciət edib. Müraciətdə deyilir: 

"Əmanətlərin sığortalanması haqqında” qanuna uyğun olaraq 30 iyul 2007-ci il tarixdə Fonda üzv olmuş “Bank of Azerbaijan” 19 yanvar 2016-cı il tarixində üzv bankların reyestrindən çıxarılıb, ona verilmiş şəhadətnamə ləğv edilib və 22 yanvar 2016-cı il tarixdə bankda sığorta hadisəsi baş verib. 

Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Qorunan əmanətçilərə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üçün son gün 27 yanvar 2017-ci il hesab olunur. Bununla əlaqədar olaraq kompensasiyaların alınması üçün müraciət etməyən qorunan əmanətçilərdən sabaha qədər kompensasiyaların geri alınması üçün Fonda müraciət etməkləri xahiş olunur. 

Ən sərfəli kredit üçün müraciət et

Qanuna əsasən əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə kompensasiya ödənilməsi müddəti əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Lakin bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanılır".

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et