ADB CAREC ölkələrinə tövsiyə verib | Banco.az

ADB CAREC ölkələrinə tövsiyə verib

Asiya İnkişaf Bankı (ADB) turizmi inkişaf etdirmək üçün Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) proqramına qoşulan ölkələr arasında əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətli olduğunu açıqlayıb.

ADB-nin araşdırmasında göstərilir ki, turizm ölkələri arasında sosial-iqtisadi və mədəni bağların dərinləşdirilməsi insanları və millətləri yaxınlaşdırır, daha yaxşı dialoq mühiti formalaşdırır:

“Turizm sahəsində əməkdaşlığın təşviqi “CAREC 2030” strategiyasının əsas prioritetlərindəndir. Həmçinin o da təsdiq olunub ki, turizm qlobal iqtisadiyyat və Dayanıqlı İnkişaf Məqsədləri baxımından ölkələrin inkişafına kömək edən ən effektiv yoldur”, - hesabatda qeyd edilib. 

Xatırladaq ki, ADB-nin CAREC proqramına Azərbaycan da daxil olmaqla 11 ölkə üzvdür.

Report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram