ADB Azərbaycan iqtisadiyyatı üzrə proqnozunu yeniləyib | Banco.az

ADB Azərbaycan iqtisadiyyatı üzrə proqnozunu yeniləyib

Asiya İnkişaf Bankı (ADB) bu il Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) 4,3% kiçiləcəyini proqnozlaşdırır ki, bu da iyun ayındakı proqnozla müqayisədə 0,1 faiz bəndi azdır.

Bankın yenilənmiş “Asian Devolopment Outlook 2020” hesabatının 2020-ci il sentyabr buraxılışına istinadən xəbər verir ki, bu göstərici bankın aprel proqnozu ilə müqayisədə 0,5 faiz bəndi çoxdur.

ADB gələn il Azərbaycan iqtisadiyyatının 1,2% artacağını proqnozlaşdırır ki, bu, iyun ayında verdiyi proqnozla müqayisədə dəyişməsədə, hesabatın aprel buraxılışı ilə müqayisədə 0,3 faiz bəndi azdır.

Ümumilikdə bu il Mərkəzi Asiya regionunda ÜDM-nin 2,1% (aprel proqnozu ilə müqayisədə 2,8 faiz bəndi artıb, iyunla müqayisədə isə 0,5 faiz bəndi azalıb) azalacağını, gələn il isə 3,9% (apreldə və iyunda 4,2% artım proqnozlaşdırılırdı) artacağını gözləyir.

Hesabata əsasən, region ölkələrindən Gürcüstanda 5% (aprel və iyunla müqayisədə dəyişməyib), Qazaxıstanda isə 3% (aprel ilə 1,8% çox, iyunla 1,2% az) azalma, gələn il isə bu ölkələrdə müvafiq olaraq 4,5% və 2,85% artım proqnozlaşdırılır. 

Ən sərfəli kredit üçün müraciət et

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et