Açıq tipli səhmdar cəmiyyət olan Banklar | Banco.az

Açıq tipli səhmdar cəmiyyət olan Banklar

Səhmdar cəmiyyəti təsərrüfat fəaliyyətini həyata keçirmək məqsədilə nizamnamə fondunu səhm buraxmaq yolu ilə formalaşdıran fiziki və (və ya) hüquqi şəxslərin könüllü sazişi əsasında yaradılan müəssisədir. Bu zaman risklər bankın təsisçiləri arasında bölünür.

Səhmdar cəmiyyəti qapalı, yaxud açıq tipli səhmdar cəmiyyəti formasında yaradılır.

Səhmləri yalnız təsisçilər arasında bölüşdürülən və təsisçilərin əksəriyyətinin razılığı ilə özgəninkiləşdirilə bilən cəmiyyət qapalı tipli səhmdar cəmiyyəti hesab edilir.

Səhmləri müstəqil surətdə özgəninkiləşdirilə bilən cəmiyyət açıq tipli səhmdar cəmiyyəti hesab edilir.

Səhmdar cəmiyyətinin hüquqi şəxs qismində qeydiyyatından sonra sərmayələrin emissiyası prospekti Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində qeydiyyatdan keçməlidir.

Azərbaycanda bankların əksəriyyəti açıq tipli səhmdar cəmiyyətidir. Dediyimiz kimi, açıq səhmdar cəmiyyətinin fərqi odur ki, səhmlər bu cəmiyyətin iştirakçıları arasında paylanmaqla yanaşı, bazarda açıq şəkildə həm alınır həm də satılır.

Aşağıda qeyd etdiyimiz banklar açıq tipli səhmdar cəmiyyətidir, bu  cəmiyyətlərin bir səhmini belə alan şəxs onun ortaq sahibinə çevrilir.

AFB Bank. Fəaliyyətinə 2009-cu ilin fevral ayında başlamış “AFB Bank” Açıq Səhmdar Cəmiyyəti kimi təsis olunmuşdur. Səhmdar Cəmiyyətdə ən böyük pay - 99.64% pay Gilan MMC məxsusdur. Qalan 0,36%-i isə digər səhndarlara məxsusdur.

AG Bank. 1992-ci ildə təsis olunan “AGBank” ASC –nin səhmdarları sırasında iki böyük təşkilat mövcuddur: Beynəlxalq Maliyyə Korporasiyası və “Kazimir İnvestment” LTD Amerika Sərmayə Fondu.

Amrah Bank. Azərbaycan Respublikası Mərkəzi Bankının 1993-cü il 28 dekabr tarixli 171 saylı lisenziyası ilə fəaliyyətə başlamış Amrahbank, Açıq Səhmdar Cəmiyyətdir. Bankın 45,84% hissəsi “Beynəlxalq İnvestisiya Bankı”na, 54,16%-i isə fiziki şəxslərə məxsusdur.

ASB Bank. Azərbaycan Sənaye Bankı 1996-cı ildə “Capital Investment Bank” (CI Bank) olaraq yaradılmış 2006-ci ildə öz brendini dəyişmiş və “Azərbaycan Sənaye Bankı” (ASB Bank) olmuşdur. Açıq Tipli Səhmdar Cəmiyyətdə “Anadolu İnvestment Kompani” MMC – 94,2517 %,
“Azərbaycan Sənaye Sığorta” ASC – 5,1735 %, “Azərbaycan Sənaye Lizinq” MMC – 0,5748 % paya malikdir.

Ən sərfəli kredit üçün müraciət et

Atabank. 1993-cü ildən fəaliyyət göstərən AtaBank Azərbaycanın ən böyük kommersiya banklarından biridir. 

Azər Türk Bank. 29 iyun 1995-ci ildə yaranmış Açıq Səhmdar Cəmiyyətdə ən böyük paya Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (75.00%) sahibdir.

Bank Respublika. Bankın səhmdar kapitalının 75%-i yerli səhmdarlara məxsusdur.

“Azərbaycan Beynəlxalq Bank”ının 54,96 %-i Dövlət müəssisələrinin payına daxildir.

Dəmirbank. Bankın səhmdarları sırasında Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti vardır ki, onların ümümi payı 35%-dir.

Kapital Bank. Bankın Nizamnamə kapitalında səhmdarın payı: "Paşa Holdinq" - 99.87% təşkil edir.

Nikoil Bank.  1994-cü ildə yaranan bankın səhmlərinin  56.4 %-i "Topaz İnvestments" QSC-yə məxsusdur.

“Paşa Bank ASC”-də isə   PASHA Holding Ltd ən böyük paya sahibdir (60%).

Turanbank. Bankın 26 səhmdarı vardir ki, onlardan 20-ini fiziki şəxslər (70,80%), digər 6-ını isə hüquqi şəxslər (29,20%) təşkil edir.

“Unibank” təşkilati-hüquqi formasına görə açıq səhmdar cəmiyyətidir. Səhmlərin 76,5%-i rezidentlərə, 23,5%-i isə qeyri-rezidentlərə məxsusdur.

“Bank VTB (Azərbaycan) ASC”-nin səhmlərinin 51.0%-i Rusiya tərəfinə (Bank VTB ASC), 48.99% və 0.01% – Azərbaycan tərəfinə (uyğun olaraq “AtaHolding” ASC və fiziki şəxs) məxsusdur.

“Xalq Bank”ın Nizamnamə kapitalının böyük hissəsi (50%) "İdeal Business Ko"MMC-ə məxsusdur.

Ən sərfəli krediti almaq üçün müraciət et