11 iyun 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "AccessBank” QSC-nin buraxılış həcmi 2,500,000 (iki milyon beş yüz min) ABŞ dolları olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.
"AccessBank" QSC -nin istiqrazlarının yerləşdirilməsi Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə 14 Iyun 2024-cü il tarixində həyata keçiriləcək.
Qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
|
Emitentin adı |
"ACCESSBANK” QSC |
|
Dövlət qeydiyyat nömrəsi – İSİN |
AZ2006004280 |
|
İstiqrazın növü və forması |
İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı |
|
Ticarət üsulu |
Rəqabətli hərrac |
|
İstiqrazın sayı |
2500 (ədəd) |
|
İlkin ticarət qiyməti |
1,000 ABŞ dolları |
|
Buraxılış həcmi |
2,500,000 ABŞ dolları |
|
İllik gəlirlilik faizi |
6% |
|
Ödəmə Periodu |
Hər 3 ayda bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) |
|
Tədavül müddəti |
18 ay |
|
Ticarətə buraxılma tarixi |
14.06.2024 |
|
Anderrayter |
“Unicapital İ.Ş” ASC |
Bizi sosial şəbəkələrdən izləyin!!
