"AccessBank ikinci ən iri əqdə imza atıb" - Dentons | Banco.az

"AccessBank ikinci ən iri əqdə imza atıb" - Dentons

"AccessBank"ın kapitallaşması prosesində beynəlxalq maliyyə institutlarından ibarət səhmdarlar komandasını "Dentons" hüquq şirkəti təmsil edib.

Kreditorlardan ibarət komandaya Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, "responAbility Investments AG" və digər iri beynəlxalq maliyyə institutları daxil idi.

"Azərbaycanın ən iri kommersiya banklarından biri olan "AccessBank"ın uğurlu şəkilkdə kapitallaşmasına dair əqd həcminə görə ölkənin maliyyə sektorunda ikinci ən iri kapitallaşma və restrukturizasiya prosesidir. Azərbaycan və Böyük Britaniya qanunvericiliyi çərçivəsində "Dentons" kreditorlar komitəsinə konsaltinq xidmətləri göstərib. Vəkillər qrupu bankın menecmenti və onun səhmdarları ilə danışıqlar apardıqdan sonra innovativ restrukturizasiya və kapitallaşma planı hazırlayıb, o cümlədən Maliyyə Bazarlarına Nəzarət Palatasının müvafiq razılığını əldə edib. Həmçinin, komandamız bu çətin əqdin bütün aspektlərini hazırlayıb və razılaşdırıb", - deyə məlumatda vurğulanır.

"Dentons"un Moskvada üzrə partnyoru Timoti Stabbs qeyd edib ki, sözügedən əqd bir daha şirkətin komandasının peşəkarlığını və qabiliyyətini üzə çıxardı: "Bu qədər qısa müddət ərzində belə bir çətin işin öhdəsindən gəlmək həqiqətən də əsl peşəkar komanda işi tələb edirdi".

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, "Dentons" dünyanın ən iri hüquq şirkətidir. On mindən artıq vəkili olan şirkət 78 ölkədə fəaliyyət göstərir.

Xatırladaq ki, martın 14-də "AccessBank" kapitalın artırılması prosesinin başa çatdırıldığını elan edib. Belə ki, bankın nizamnamə kapitalı 118,5 mln. manat artaraq 258 mln. manata çatdırılıb. Bankın İdarə Heyətinin sədri Anar Həsənovun sözlərinə görə, ikinci dərəcəli kapital subsidiyalaşdırılmış borc alətlərinin köməyi ilə əlavə olaraq 22 mln. manat artırılacaq, daha 22 mln. manat isə zərurət yarandıqda gələcəkdə istifadə ediləcək "şərti kapital”a yönəldiləcək.

Bankın səhmdarlarının yeni tərkibi bu cürdür: Asiya İnkişaf Bankı (19,89%), Avropa İnvestisiya Bankı (17,39%), Beynəlxalq Maliyyə Korporasiyası (16,56%), "responsAbility SICAV (Lux)" (2,91%), responsAbility Management Company S.A. (7,11%), Hollandiya İnkişaf Bankı (9,41%), Avstriya İnkişaf Bankı (9,17%), SIFEM AG (8,89%), EFSE (2,78%), "Symbiotics SICAV" (2,27%), GGF (1,77%), "LFS Advisory GMBH" (1,27%) və Qara Dəniz Ticarət və İnkişaf Bankı (0,58%).

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et