AccessBank-da kibercinayətkarlığın qarşısının alınmasına dair müasir həllər təqdim olunub | Banco.az

AccessBank-da kibercinayətkarlığın qarşısının alınmasına dair müasir həllər təqdim olunub

AccessBank-ın baş ofisində kibercinayətkarlıq və fırıldaqçılıq hallarının qarşısının alınması və araşdırılmasına dair konfrans keçirilib.

Bir sıra bankların və iri şirkətlərin qatıldığı tədbir SmartIT və Group-IB şirkətləri tərəfindən keçirilib.

Konfransda kibercinayətkarlıq və fırıldaqçılıq hallarının qarşısının alınması dair müasir həllər təqdim olunub.

Ən sərfəli kredit üçün müraciət et

Tədbirin iştirakçılarının diqqətinə kibercinayətkarlığa dair statistika çatdırılıb. Bununla yanaşı, təşkilatçılar kibercinayətkarlığa qarşı mübarizə üsullarını praktikada nümayiş etdiriblər. Konfrans zamanı kibertəhlükələr barədə öncədən xəbərdarlıq edən TDS sistemi də təqdim olunub.

Yekunda tədbir iştirakçılarının sualları cavablandırılıb.