ABŞ Venesuela nefti ilə ticarət etmək imkanını saxlayacaq, lakin dollarla ödənişləri qadağan edəcək | Banco.az

ABŞ Venesuela nefti ilə ticarət etmək imkanını saxlayacaq, lakin dollarla ödənişləri qadağan edəcək

Müəllif:Mehin Qasımova/Banco.az

ABŞ Venesuela nefti ilə ticarət etmək imkanını saxlayacaq, lakin dollarla ödənişləri qadağan edəcək.

Banco.az xəbər verir ki, bu barədə  Washington Post  məlumat yayıb.

Məlumata görə, ABŞ prezidenti Co Baydenin administrasiyası Venesuela neftinin ticarətinə yenidən qadağa qoymağı planlaşdırmır, lakin enerji daşıyıcısı üçün dollarla ödənişləri qadağan etmək niyyətindədir.

Nəşrin yazdığına görə, Amerika hakimiyyəti Venesuelaya qarşı respublika hakimiyyətinin müxalifətlə 2023-cü ilin oktyabrında seçkilərlə bağlı razılıq əldə etməsindən sonra zəiflədilmiş sanksiyaları bərpa etməyi gözləyir. Eyni zamanda, Vaşinqton “Venesuellaya ABŞ dollarına deyil, beynəlxalq alıcılara neft satmağa davam etməyə icazə verəcək.

Qəzetin yazdığına görə, neftə görə ödənişlərin bolivarla həyata keçirilməsi planlaşdırılır və ödənişlər ölkənin milli borcunun silinməsi və ya barter müqavilələri şəklində həyata keçiriləcək.Nəşrin Amerika administrasiyasındakı mənbəsi qeyd edib ki, bu, Venesuelanın neft sektoru ilə bağlı “çox ehtimal olunan” fəaliyyət planıdır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram