ABŞ Sərvət Fondunu idarə edəcək şəxsin adını açıqlayıb | Banco.az

ABŞ Sərvət Fondunu idarə edəcək şəxsin adını açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ prezidenti Donald Tramp Sərvət Fondunun rəhbəri vəzifəsinə Maykl Qraymsı təyin edib.

Banco.az xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik üçün kritik əhəmiyyət kəsb etdiyini hesab etdiyi sərvət fondunun rəhbərliyinə keçmiş “Morgan Stanley” bankiri Maykl Qrayms gətirilir.

Məsələyə yaxın mənbələrin məlumatına görə, 30 il “Morgan Stanley”də çalışan Qrayms fondu idarə etmək üçün ABŞ Ticarət Nazirliyinə qoşulacaq. Hələ ilkin mərhələdə olan bu fondun müdafiə, kritik minerallar və iri institusional investisiya layihələrinin həyata keçirilməsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində rol oynaması planlaşdırılır.

Tramp administrasiyası eyni zamanda Norveç, Əbu-Dabi və Səudiyyə Ərəbistanındakı sərvət fondlarını da strateji yol xəritəsini müəyyənləşdirmək üçün araşdırır. Qrayms “Twitter”in satın alınması prosesində İlon Maskla da yaxından çalışıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram