ABŞ Rusiyadan neft və qazın alınmasına sanksiyalar məsələsini gündəmə gətirib | Banco.az

ABŞ Rusiyadan neft və qazın alınmasına sanksiyalar məsələsini gündəmə gətirib

ABŞ Rusiyadan neft və qazın alınmasına sanksiyalar məsələsini gündəmə gətirib. Həmçinin, hazırda yüksək enerji qiymətlərinin dünya iqtisadiyyatına mənfi təsir edə biləcəyi də qeyd olunub. Əlavə olaraq qeyd olunub ki, Rusiya Ukrayna ilə bağlı məsələlərdə yumşalmasa, bu sanksiyalar gündəmə gələ bilər. Düşünürük ki, bu baş verərsə, neftin qiyməti yenidən rekord qiymətlərə çata bilər. Paralel olaraq, qazın qiymətinin də yüksəlmə ehtimalı mövcuddur. Qeyd edək ki, qaz qiymətləri artıq $2400 olmaqla tarixi maksimuma çatıb.

- Əsas istehsalçısı Rusiya olan Palladium, Platinum, kömür, alminiumun qiymətləri qalxıb.

- Eyni zamanda, taxıl qiymətlərində də 40% artım olmuşdur. Buna əsas səbəb Rusiya və Ukraynanın dünyanın 30%-ni buğda ilə təchiz etməsidir. Bu gedişlə un və un məmulatlarının qiymətləri yenidən yüksələcəyi gözlənilir.  

- Son günlərdə fond bazarında volatillik davam edir. Rusiya ilə bağlı olaraq Avropa ölkələrində demək olar ki, bütün səhm indeksləri düşüb. Eyni zamanda, qızılın qiymətində artım müşahidə edilir. Gərginlik daha da artarsa qızılın 2000-dək yüksəlməsi istisna edilmir. ABŞ bazarında FES sədri hökümət qarşısında olan çıxışından sonra istiqrazların gəlirliyi düşüb, səhm qiymətlərində isə nisbətən artım müşahidə edilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram