Səudiyyə Ərəbistanı, Amerikanın ölkəyə sanksiya tətbiq edəcəyi təqdirdə neftin qiymətini artıra bilər.
İtkin jurnalist Cemal Kaşıkçı hadisəsi ilə bağlı mübahisələr davam edərkən, Səudiyyə Ərəbistanının ABŞ – a neftlə bağlı təhdidi dünya gündəmində böyük əks-səda yaradıb. Səudiyyə Ərəbistanının Al Arabiya kanalının baş direktoru Turki Aldakhil, bazar günü yayımlanan xəbərdə qiymətin 100 və ya 200 dollara qalxa biləcəyini, hətta bu rəqəmin iki qatına çata biləcəyini dilə gətirmişdi.
Turki Aldakhil bildirib ki, ABŞ Səudiyyə Ərəbistanına qarşı sanksiya tətbiq edəcəyi təqdirdə neft qiymətləri bu vaxta qədərki ən yüksək səviyyəsinə çatacaq.
Amerika prezidenti Donald Tramp 2 oktyabr tarixində İstanbuldakı Səudiyyə Ərəbistanının Baş Konsulluğuna daxil olduqdan sonra itkin düşən Cemal Kaşıkçı hadisəsinin Riyad hakimiyyəti ilə bağlantısının aşkar edilməsi təqdirdə Krallığa qarşı ağır cəzalar verilə biləcəyini söyləmişdi.
“Əgər ABŞ Səudiyyə Ərəbistanına qarşı sanksiya tətbiq edərsə, bütün dünyaya təsir göstərəcək iqtisadi bir fəlakətlə qarşı-qarşıya gələ bilərik”, deyə açıqlama edən Adhakhil, “Bu, Səudiyyə Ərəbistanının 7.5 milyon barel neft hasilatını həyata keçirə bilməməsinə yol aça bilər” deyə əlavə edib.
Qeyd edək ki, bazar ertəsi səhər saatlarında Brent markalı neftin qiyməti 1.2% artım göstərərək 81.43 dollar səviyyəsinə, ABŞ – ın xam nefti isə 1% artımla 72.12 dollar səviyyəsinə çatıb.
Tamara Mustafayeva, Banco.az