“ABŞ LNG ixracını dayandırsa, Aİ idxalçıları böyük çətinliklərlə üzləşəcək” | Banco.az

“ABŞ LNG ixracını dayandırsa, Aİ idxalçıları böyük çətinliklərlə üzləşəcək”

Müəllif - Aida İsaq, Banco.az

ABŞ-ın mayeləşdirilmiş təbii qazın (LNG) ixracını məhdudlaşdıracağı təqdirdə Avropa İttifaqı (Aİ) idxalçıları böyük çətinliklərlə üzləşəcək. 

Banco.az xəbər verir ki, bu fikiri Avstriyanın keçmiş xarici işlər naziri Karin Knaysl bildirib. Onun sözlərinə görə, əgər ABŞ qiymətləri aşağı səviyyədə saxlamaq üçün LNG ixracına qadağa qoyarsa, o zaman region idxalçıları sərt qərarlar qəbul etməli olacaq. 

Qeyd edək ki, daha öncə Ağ Evin mətbuat xidməti ABŞ-Avropa İttifaqının enerji təhlükəsizliyi üzrə işçi qrupu arasında ABŞ-ın Avropaya LNG tədarükünün yüksək səviyyədə saxlanması üzərində işləmək üçün yeni saziş imzaladığını açıqlanmışdı.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram