ABŞ istehsalçı inflyasiyasında 2022-ci ildən bəri ən böyük artım müşahidə edilib | Banco.az

ABŞ istehsalçı inflyasiyasında 2022-ci ildən bəri ən böyük artım müşahidə edilib

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ istehsalçı inflyasiyasında 2022-ci ildən bəri ən böyük artım müşahidə edilib.

Banco.az xəbər verir ki, ABŞ-də aprel ayında istehsalçı qiymətləri indeksi enerji xərclərindəki artımın təsiri ilə yüksəlib. İstehsalçı qiymətləri indeksi aylıq 1,4 faiz, illik isə 6 faiz artıb. Aylıq artım 2022-ci ildən bəri qeydə alınan ən böyük yüksəliş olub.

“Bloomberg”in sorğusunda iştirak edən iqtisadçıların gözləntisi istehsalçı qiymətləri indeksinin aylıq 0,5 faiz, illik isə 4,8 faiz artacağı istiqamətində idi.

Əsas inflyasiya da proqnozları üstələyərək aylıq 1 faiz, illik isə 5,2 faiz artıb. İllik artım son 3 ildən artıq dövr üzrə ən yüksək səviyyə kimi qeydə alınıb.

Gözlənti aylıq 0,3 faiz, illik isə 4,3 faiz artım olacağı yönündə idi.

Enerji xərcləri aprel ayında 7,8 faiz artıb. Əvvəlki ayda isə daha yüksək artım müşahidə olunmuşdu.

Dünən açıqlanan məlumatlara görə, ABŞ-də istehlak qiymətləri inflyasiyası aprel ayında yanacaq qiymətlərindəki artımın təsiri ilə sürətlənib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram