ABŞ istehlakçılarının qısamüddətli inflyasiya gözləntiləri dəyişməyib | Banco.az

ABŞ istehlakçılarının qısamüddətli inflyasiya gözləntiləri dəyişməyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

FED-in Nyu-York şöbəsi ABŞ istehlakçılarının qısamüddətli inflyasiya gözləntilərinin ötən ay dəyişməyərək 5 faizdə qaldığını bildirib.

Banco.az xəbər verir ki, Nyu-York Fed İstehlakçı Gözləntiləri Sorğusunun yanvar ayı üzrə nəticələrini dərc edib.

Təxminən 1300 ailənin iştirakı ilə keçirilən sorğunun nəticələrinə görə, yanvar ayında yaxın 12 ayı əhatə edən qısamüddətli orta inflyasiya gözləntiləri dəyişməyərək 5 faiz olaraq qeyd edilib.

Növbəti 3 illik dövrü əhatə edən orta müddətli inflyasiya gözləntisi isə sözügedən dövrdə 0,2 bənd azalaraq 2,7 faizə enib.

Bu dövrdə mənzil qiymətlərində gözlənilən artım 0,2 bənd azalaraq 1,1 faiz təşkil edib ki, bu da 2020-ci ilin may ayından bu yana qeydə alınan ikinci ən aşağı səviyyədir.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, ABŞ-da yanvar inflyasiyası bugün açıqlanacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et