ABŞ iqtisadiyyatı liman işçilərinin tətili səbəbindən gündə 5 milyard dollar itirəcək | Banco.az

ABŞ iqtisadiyyatı liman işçilərinin tətili səbəbindən gündə 5 milyard dollar itirəcək

Müəllif:Ayşən İmanova/Banco.az

ABŞ-nin Şərq sahili və Meksika körfəzi boyunca yerləşən 36 dəniz limanının işçiləri iş şəraitinin yaxşılaşdırılması və iş yerlərinin avtomatlaşdırmadan qorunması tələbi ilə tətilə başlayıblar.

Banco.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Bildirilib ki, bu, Beynəlxalq liman daşıyıcıları assosiasiyasının (ILA) 1977-ci ildən bəri ilk tətilidir.

Ən sərfəli kredit üçün müraciət et

Məlumata görə, bu 36 Şərq Sahili və Körfəz Sahili limanları ABŞ-a idxal edilən və ABŞ-dan ixrac edilən ümumi yüklərin 57%-ni idarə edir. Hazırda limanların işi tamamilə iflic vəziyyətə düşüb.

“JP Morgan”nın hesablamalarına görə, tətil Amerika iqtisadiyyatına gündə təxminən 5 milyard dollara başa gələcək.

“The Conference Board” analitik şirkəti öz növbəsində bir həftəlik tətilin iqtisadiyyata 3,78 milyard dollara (gündə təxminən 540 milyon dollar) zərər vuracağını hesablayıb.

Həmkarlar ittifaqı bildirib ki, tətil şərtlər yerinə yetirilənə qədər davam edəcək.