Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ Ticarət Nazirliyi iyul-sentyabr ayları üçün ilkin Ümumi Daxili Məhsul (ÜDM) məlumatlarını açıqlayıb.
Banco.az xəbər verir ki, ABŞ iqtisadiyyatı bu ilin üçüncü rübündə gözləntiləri aşaraq 4,3 faiz artıb. Ölkə iqtisadiyyatı son iki ildə ən sürətli artımı qeydə alıb.
Ölkə iqtisadiyyatı 2023-cü ilin üçüncü rübündən bəri ən yüksək artım göstəricisini qeydə alıb.
Gözləniləndən daha çox böyüyən ABŞ iqtisadiyyatının bu dövrdə 3,3 faiz böyüməsi proqnozlaşdırılırdı. Bu ilin birinci rübündə 0,6 faiz azalan iqtisadiyyat ikinci rübdə 3,8 faiz böyüdü.
İlin üçüncü rübündə iqtisadiyyatın artımı istehlak xərclərinin, ixracın və dövlət xərclərinin artması ilə əlaqədar olsa da, bu artımlar qismən investisiyaların azalması ilə kompensasiya edilmişdir.
Şəxsi istehlak xərcləri qiymət indeksi üçüncü rübdə 2,8 faiz artıb. Bu indeks ikinci rübdə 2,1 faiz artıb. Ərzaq və enerji xərclərini xaric edən əsas şəxsi istehlak xərcləri qiymət indeksi də eyni dövrdə 2,9 faiz artıb.
Bazar gözləntilərinə uyğun olaraq, əsas şəxsi istehlak xərcləri qiymət indeksi ikinci rübdə 2,6 faiz artıb.
