ABŞ-ın xidmət sektorunda aktivlik 2 ilin ən aşağı səviyyəsinə düşüb | Banco.az

ABŞ-ın xidmət sektorunda aktivlik 2 ilin ən aşağı səviyyəsinə düşüb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da ISM xidmətləri indeksi sentyabrda 56,7-dən 54,4-ə düşüb. 

Banco.az xəbər verir ki, yüksək inflyasiya səbəbindən Amerikanın xidmət sektorunda tələb azalmaqdadır. Belə ki, sentyabr ayında xidmət sektorunda biznes aktivliyi indeksi (ISM indeksi) 54,4-ə düşüb. Bu, 2020-ci ilin may ayından qeydə alınan bəri ən aşağı səviyyədir.

Eksperlər isə indeksin 55,3-ə geriləyəcəyini gözləyirdilər. 

Qeyd edək ki, FED-in qiymət təzyiqlərini azaltmaq üçün dünən qəbul etdiyi 75 baza bəndi afaiz artımı qərarı iqtisadiyyatı resessiyaya sürükləyə bilər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram