ABŞ-ın Vergi Administrasiyası ilə əməkdaşlıq edəcək banklarımızın sayı artıb | Banco.az

ABŞ-ın Vergi Administrasiyası ilə əməkdaşlıq edəcək banklarımızın sayı artıb

ABŞ-ın Daxili Gəlirlərinin İdarə olunması Sisteminə (IRS) Azərbaycanın növbəti bankı da qoşulub. Məlumat üçün qeyd edək ki, bu sistemin köməyilə Azərbaycanın vergi orqanları ABŞ vətəndaşlarının hesabları barədə məlumatı təqdim edə biləcəklər. Onu da nəzərinizə çatdıraq ki, IRS-dən verilən məlumata görə, artıq Azərbaycanda bu sistemə qoşulan kommersiya banklarının sayı artaraq, 31-ə çatıb.

Bir müddət əvvəl Azərbaycan və IRS ölkə bankları tərəfindən amerikalı rezidentlərin xarici hesablarına vergi qoyulması haqqında FATCA qanununun icrası istiqamətində hökumətlərarası sazişin imzalanması haqqında razılığa gəlmişdilər. 2014-cü ilin 1 iyul tarixindən etibarən bütün ölkələrin bankları IRS sisteminə qoşulmalı və ona bu hesablar barədə məlumat verməlidirlər. Əks halda, onlara qarşı sanksiyalar tətbiq ediləcək: ABŞ aktivlərindən əldə olunan passiv gəlirin həcminin 30%-i məbləğində vergi ödənişi. 2017-ci ildən etibarən qiymətli kağızların satışından əldə olunan gəlirlər, eləcə də tranzit ödənişlər üzrə də vergi yığımlarının həyata keçiriləcəyi planlaşdırılır. İyun ayının sonuna olan məlumatlara əsasən, sizə IRS sistemində qeydiyyatdan keçmiş Azərbaycan banklarının adlarını təqdim edirik: "Bank Respublika", "Bank VTB (Azərbaycan)", "AGBank", "Bank BTB", "Rabitabank", "Bank of Azerbaijan", "Unibank", "YapiKredi Bank Azərbaycan", "Bank Silk Way", "AccessBank", "Bank Standard", "Ekspressbank", "DekaBank", "NBC Bank", "AFB Bank", "Azərbaycan Sənaye Bankı", İran Milli Bankının Bakı filialı ("Bank Melli Iran") və "Yapikredi Invest" MMC.

Ən sərfəli kredit üçün müraciət et

Bir müddət əvvəl isə sözügedən sistemdə Azərbaycanın "BankTechnique", "Zaminbank", "BankAvrasiya", "Azer Turk Bank", "Muganbank", "Azərbaycan Beynəlxalq Bankı (ABB)", "Qafqaz İnkişaf Bankı", "Kapital Bank", "PASHA Bank", "Gunay Bank", "DemirBank","Xalq Bank", "TuranBank", "NIKOIL BANK" və "AtaBank" kimi tanınmış bankları qeydiyyatdan keçmişdilər.

Bundan əlavə, sistemdə qeydiyyatdan keçmiş müəssisələr sırasına bu şirkətlərin adlarını da əlavə etmək olar: Böyük Britaniyanın "Baker Tilly" audit və konsaltinq şirkətinin Bakı nümayəndəliyi, ABB-nin və "PASHA Bank"ın Gürcüstanda yerləşən törəmə strukturları - "Azərbaycan Beynəlxalq bankı - Gürcüstan" və  "PASHA Bank Georgia".

Sevinc İbadova/Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et