ABŞ-ın "sanksiya açıqlaması" ilə Türk Lirəsi kəskin BAHALAŞDI | Banco.az

ABŞ-ın "sanksiya açıqlaması" ilə Türk Lirəsi kəskin BAHALAŞDI

Türkiyədə 1 dollar 5.55 türk lirəsi səyyəsinə düşdü. Dünən axşam saatlarında 2% düşərək 5.66-ya qədər geriləyən Dollar/TL məzənnəsi, bu gün ABŞ-ın xarici işlər naziri Mike Pompeonun "sanksiyalar ləğv edilə bilər" mesajından sonra 5.55-ə qədər enib.

Dollar/Türk Lirəsi məzənnəsi, ABŞ-ın xarici işlər naziri Pompeonun, "Türkiyəyə tətbiq olunan sanksiyalar barədə qısa müddətdə qərar verəcəyik" açıqlamasından sonra 5.55-ə geriləyib.

Lirə Dollar qarşısında 2,2% dəyər qazanıb.

Ən sərfəli kredit üçün müraciət et

ABŞ-lı Keşiş Brunsonın sərbəst buraxılmasından sonra vacib bir risk faktoru ortadan qalxıb və ABŞ ilə Türkiyə arasındakı əlaqələr normallaşır.

Türk Lirəsi 10.89% ilə son 1 ayda dollar qarşısında ən çox dəyər qazanan ikinci inkişaf edən ölkə pul vahididir.

marja.az