ABŞ-ın istehsal PMI göstəricisi 2025-ci ili ən aşağı səviyyədə başa vurub | Banco.az

ABŞ-ın istehsal PMI göstəricisi 2025-ci ili ən aşağı səviyyədə başa vurub

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-ın istehsal PMI göstəricisi 2025-ci ili ən aşağı səviyyədə başa vurub.

Banco.az xəbər verir ki, ABŞ-da “Təchizat İdarəetmə İnstitutu” (ISM) dekabr ayına dair istehsal sənayesinə aid Satınalma Menecerləri İndeksi (PMI) məlumatlarını açıqlayıb.

Buna əsasən, ISM istehsal sənayesi PMI göstəricisi dekabr ayında əvvəlki ayla müqayisədə 0,3 bənd azalaraq 47,9 bəndə düşüb. Bazar gözləntiləri indeksin 48 bəndə enməsi istiqamətində idi. Beləliklə, indeks 2024-cü ilin oktyabr ayından bəri ən aşağı səviyyəsini görüb.

İndeksin 50 bənddən aşağı qalması ümumilikdə istehsal sektorunda daralmaya işarə edir. Məlumatlar istehsal fəaliyyətlərinin mart ayından bu yana daraldığını göstərir.

Qeyd olunur ki, istehsal fəaliyyətlərindəki daralma əsasən istehsal həcminin və ehtiyatların azalması ilə bağlıdır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram