ABŞ-ın Federal Rezerv Sistemi banklar üçün nəzərdə tutulmuş "stress testi" prosedurunu yenidən gözdən keçirəcək | Banco.az

ABŞ-ın Federal Rezerv Sistemi banklar üçün nəzərdə tutulmuş "stress testi" prosedurunu yenidən gözdən keçirəcək

Federal Rezerv Sistemindən (FRS) verilən məlumata əsasən, FRS banklar üçün nəzərdə tutulmuş "stress testi" prosedurunu yenidən gözdən keçirəcək. Aparılan yoxlamanın nəticələri göstərir ki, "stress testi" proseduruna dəyişiklik ediləcəyi ehtimalı yüksəkdir.

FRS maliyyə böhranı müşahidə olunduğu zaman ABŞ-ın bank sisteminin davamlılığının müəyyənləşdirilməsində "stress testi" prosedurlarının olduqca əhəmiyyətli olacağını düşünür. Tənziməyici orqan sonuncu testin nəticələrinin yalnış olduğunu və bu səbəbdən nəticələrə baxış keçiriləcəyini bildirib: "Biz səhvin meydana gəlmə səbəblərini və onun təkrarlanmasının qarşısını alma yollarını müəyyənləşdirməyə çalışırıq", - tənzimləyici orqanın mətbuat katibi bildirib.

Ən sərfəli kredit üçün müraciət et

"Stress testi" 2007-2008-ci illərdə qeydə alınan böhranla oxşarlıq təşkil edən maliyyə böhranının şərtlərini əks etdirir. FRS 2014-cü ilin 21 mart tarixində testin nəticələrinin yalnış olduğunu açıqlamışdır. Qeyd edək ki, bu açıqlama nəticələrin dərc edilməsindən 1 gün sonra verilmişdir. Bununla yanaşı, nəticələrdə edilən düzəlişlər banklar üçün nəzərdə tutulmuş testlərin nəticələrinə təsir göstərməmişdir. Belə ki, səhv nəticələr və üzərində düzəliş edilmiş nəticələr arasındakı fərq 0.1% təşkil etmişdir.

Sevinc İbadova/Banco.az