ABŞ-ın 41 ştatı “Meta”ya qarşı məhkəmə iddiası qaldırıb | Banco.az

ABŞ-ın 41 ştatı “Meta”ya qarşı məhkəmə iddiası qaldırıb

Müəllif: Mehin Qasımova/Banco.az

ABŞ-ın 41 ştatı “Meta”ya qarşı məhkəmə iddiası qaldırıb.

Banco.az xəbər verir ki, 41 ştatından ibarət koalisiya Meta-ya qarşı məhkəmə iddiası qaldıraraq onun platformalarında gənc istifadəçilərə zərər verən funksiyaları bilərəkdən daxil etdiyini iddia edib.

Metaya qarşı ən azı 40 vəkilin çalışdığı iddiada, Meta-nın məhsullarını qəsdən 13 yaşdan kiçik uşaqlara satdığı qeyd edilib.

İddianamədə qeyd edilir ki, Meta sosial media platformalarında müstəqil ekspert analizləri və daxili araşdırmalar nəticəsində verilən məlumatlara baxmayaraq, zərərli xüsusiyyətlərindən əl çəkməyib:

"Meta bu xüsusiyyətlərin təsirlərini təhrif etmək, gizlətmək və qiymətləndirməmək üçün səylərini ikiqat artırıb. Gənc istifadəçilərin psixi və fiziki sağlamlığına zərbə vurub".

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram