ABŞ Hindistan banklarına qarşı sanksiyalar tətbiq edə bilər | Banco.az

ABŞ Hindistan banklarına qarşı sanksiyalar tətbiq edə bilər

Müəllif:Ayşən İmanova/Banco.az

ABŞ Maliyyə Nazirliyi Hindistan banklarına Rusiya müdafiə sənayesi ilə əlaqələrə görə sanksiyalar təhlükəsi barədə xəbərdarlıq edib.

Banco.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi ölkənin maliyyə nazirinin birinci müavini Uolli Adeyemonun Hindistan Banklar Assosiasiyasına göndərdiyi məktuba istinadən məlumat yayıb.

“Biz bilirik ki, Rusiya ordusu kritik malların, o cümlədən dəzgahlar və mikroelektronikanın idxalına arxalanır və onlar bu əməliyyatlar üçün dəstək almaq üçün xarici maliyyə institutlarına müraciət edirlər”, - məlumatda deyilir.

Bildirilir ki, Hindistan bankları 30 gün ərzində ölkə bizneslərini ABŞ-nin anti-Rusiya məhdudiyyətləri barədə məlumatlandırmaq üçün tədbirlər görməlidir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et