​ABŞ dollarının yüksəlməsı bu ölkələrə böhran gətirəcək | Banco.az

​ABŞ dollarının yüksəlməsı bu ölkələrə böhran gətirəcək

Əmtəə qiymətlərində azalma, kredit problemi və möhkəmlənən dollar inkişaf etməkdə olan ölkələrin maliyyə bazarlarına mənfi təsir etməkdə davam edir. Tarixdə dolların gücləndiyi və əmtəə qiymətlərinin azaldığı dövrlərə baxsaq, bu dəfə də inkişaf etməkdə olan ölkələr çətinliklə üzləşəcəklər.

Banco.az " Report"a istinadən xəbər verir ki, məhz ABŞ-da uçot dərəcəsinin artması ərəfəsində möhkəmlənən dollar və azalan əmtəə qiymətləri 1980-ci illərdə Latın Amerikası ölkələrində böhrana səbəb olmuşdu. 10 il sonra, 1990-cı illərdə isə dolların yenidən möhkəmlənməsi prosesi Asiya ölkələrini sərt böhranla üz-üzə qoymuşdu. Nəticədə bu ölkələr sabit valyuta məzənnəsini tərk etməyə məcbur olmuşdular.

Hazırda da eyni ssenari təkrarlanır. ABŞ-in uçot dərəcəsini yüksəltməyə başlaması xəbəri əmtəə qiymətlərini aşağı salır, dolları gücləndirir və likvidliyin azalmasına səbəb olur. Bu, ən çox Braziliya, Rusiya və Cənubi Afrika kimi əmtəə ixrac edən ölkələrdə hiss olunur.

Ən sərfəli kredit üçün müraciət et

Araşdırma şirkəti olan "Macro İntelligence 2 Partners"in menecerı Julian Brigden bildirib ki, inkişaf etməkdə olan ölkələr üçün böhran yaxınlaşır: "Simptomlar çoxdur, amma ən önəmlisi güclənən dollardır".

Dollar daha nə qədər yüksələ bilər?

Federal Ehtiyat Sisteminin (FES) inflyasiyaya görə tənzimlənmiş dollar göstəricisi, yəni dolların ABŞ-ın önəmli ticarət partnyorları qarşısında səviyyəsinin göstəricisi 2011-ci il iyul ayındakı minimal səviyyəsindən 17% artıb. Yuxarıda qeyd olunan iki belə hadisə 1978-ci ildən 1985-ci ilə kimi dolların 53% və 1997-2002-ci illər arasında 34% artdığını göstərir. Aşağıdakı qrafik də bunu əyani göstərir: 

Ən sərfəli krediti almaq üçün müraciət et