ABŞ-da orta ölçülü banklara daha sərt kapital qaydaları tətbiq ediləcək | Banco.az

ABŞ-da orta ölçülü banklara daha sərt kapital qaydaları tətbiq ediləcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da orta ölçülü banklar üçün daha güclü kapital qaydaları tətbiq ediləcək.

Banco.az xəbər verir ki, ABŞ Federal Əmanətlərin Sığortalanması Korporasiyasının (FDIC) sədri Martin Qruenberqin sözlərinə görə, bank tənzimləyiciləri aktivləri 100 milyard dollardan çox olan banklara daha sərt kapital qaydaları tətbiq etməyi planlaşdırırlar.

Qruenberq bu barədə Vaşinqtonda yerləşən Peterson Beynəlxalq İqtisadiyyat İnstitutundakı çıxışı zamanı danışıb.

“İqtisadi tsikllər və iqtisadi gərginlik dövründə bank sistemində dayanıqlığın artırılması üçün güclü, yüksək keyfiyyətli kapital vacibdir”, - sədr bildirib.

Qruenberg ölkədə Silikon Vadisi Bankının (SVB) iflası ilə başlayan bazar etibarının itirilməsinin əsasən kapitalla bağlı qeyri-müəyyənliklərdən qaynaqlandığına da diqqət çəkib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et