ABŞ-da mənzil və kirayə qiymətləri rekord səviyyəyə yaxınlaşıb | Banco.az

ABŞ-da mənzil və kirayə qiymətləri rekord səviyyəyə yaxınlaşıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Bej Kitab: Mənzil və kirayə qiymətləri rekord səviyyəyə yaxınlaşıb.

Banco.az xəbər verir ki, Fed ABŞ iqtisadiyyatındakı cari vəziyyətin qiymətləndirilməsini özündə əks etdirən "Bej Kitab" hesabatının aprel buraxılışını dərc edib.

Bankın 12 regional filialından əldə edilən təhlillərlə hazırlanan hesabatda son həftələrdə ümumi iqtisadi aktivliyin “çox az” dəyişdiyi, artım gözləntilərinin isə böyük ölçüdə dəyişmədiyi qeyd edilib.

Hesabatda istehlakçı xərclərinin davam edən mülayim qiymət artımları fonunda bir qədər azaldığı, avtomobil satışlarının ümumilikdə sabit qaldığı, yalnız bir neçə regionda satışların və inventar səviyyələrinin yaxşılaşdığı qeyd edilib.

Hesabatda həmçinin vurğulanıb ki, ümumi qiymət səviyyələri orta dərəcədə artıb, lakin qiymət artım tempinin yavaşladığı görünür.

Ən sərfəli kredit üçün müraciət et

İstehlak qiymətlərinin ümumilikdə hələ də yüksək olaraq qalan tələblə yanaşı, daha yüksək inventar və əmək xərcləri səbəbindən artdığı vurğulanan hesabatda mənzil və kirayə qiymətlərinin əksər yerlərdə sabitləşməsinə baxmayaraq, rekord həddə yaxın qaldığı əks olunub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et